“İşıq kəsiləcək” adıyla fırıldaq- Şəxsi məlumatları oğurlayırlar

Kiber dələduzlar
Kiber dələduzlar

Rusiya sakinlərinin şəxsi məlumatlarını ələ keçirmək üçün yeni fırıldaq sxemi ortaya çıxıb. Fırıldaqçılar özlərini çoxmənzilli binaların elektrik işləri ustası kimi təqdim edərək sakinlərə yaxın zamanda işığın kəsiləcəyini bildirirlər.

Onlar bildirirlər ki, işığın kəsilməsi barədə bildirişi poçt qutusuna atmaq üçün sakinlərin şəxsi məlumatlarını dəqiqləşdirməlidirlər. Əslində isə məqsəd həmin məlumatları ələ keçirməkdir. AzPost RIA Novosti-yə istinadla xəbər verir ki, bu üsul son aylarda çoxsaylı hallarda istifadə olunub.

Bundan başqa, fırıldaqçılar yol cəriməsi və ya icra məmuru adı altında da oxşar sxem tətbiq edirlər. Onlar sakinləri qorxudaraq həm şəxsi məlumatları, həm də pul tələb edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.