Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

İşıq yanarkən yatmaq ürək xəstəliyi riskini artırır

User 09 İyul 2025 - 08:58 (Last updated: 09 İyul 2025 - 08:58)
Yatmaq

Yatmaq

Beynəlxalq alimlər qrupunun apardığı araşdırma göstərib ki, daha parlaq gecə işığı beş əsas ürək-damar xəstəliyinin inkişaf riskini artıra bilər.

Bu barədə AZƏRTAC xarici mətbuata istinadla xəbər verir.

Gecə işığı sirkad ritmlərini pozur, bu da ürək-damar sistemi üçün mənfi nəticələrə səbəb olan risk faktorudur. Bununla belə, fərdi işıqlandırma səviyyəsinin ürək-damar xəstəlikləri üçün risk səbəbi olub-olmaması tam aydın deyil.

Flinders Səhiyyə və Tibbi Tədqiqatlar İnstitutunun (Avstraliya) alimləri Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə birlikdə 88 905 nəfərin iştirak etdiyi və hələ də resenziya verilməmiş araşdırmada göstəriblər ki, gecə işığının təsirindən uzaq olmaqla ürək-damar xəstəlikləri riskini azaltmaq olar.

Alimlər qeyd edirlər ki, gecə işığına məruz qalma qadınlara daha çox təsir edir, ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi ilə əlaqədar daha güclü assosiasiyalar müşahidə olunur. Daha gənc iştirakçılarda ürək çatışmazlığı və atrial fibrilasiya riskinin artdığı da aşkar edilmişdir.

Araşdırmada, qrup biləyə taxılan işıq sensorları ilə izlənilən təxminən 13 milyon saatlıq fərdi işığa məruz qalma məlumatlarını istifadə edib (hər biri bir həftə).

Nəticələr göstərdi ki, işıqlı bir otaqda yatan insanlarda ürəyin işemik xəstəliyi, miokard infarktı (ürək böhranı), ürək çatışmazlığı, atrial fibrilasiya (nizamsız ürək döyüntüsü) və insult riski qaranlıqda yatanlarla müqayisədə xeyli yüksəkdir.

Fiziki fəaliyyət, siqaret çəkmə, alkoqol, pəhriz, yuxunun davamlığı, sosial-iqtisadi status və poligen riski də daxil olmaqla müəyyən edilmiş ürək-damar risk faktorlarına düzəliş etdikdən sonra qarşılıqlı əlaqə davamlı olub.

Tədqiqatçılar izah ediblər ki, qeyri-təbii işıq sirkad ritm pozğunluğuna səbəb ola bilər ki, bu da “ürək-damar riskini artıran metabolik və damar anomaliyalarına səbəb ola bilər”.

AzPost.az

Post navigation

Previous: QHT layihə çərçivəsində ilk onlayn mentor görüşünü keçirib
Next: Tramp tarifləri təxirə salıb

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.