İslam Əməkdaşlıq Təşkilatından Paşinyana xəbərdarlıq:“BMT qətnamələrini icra edin!”

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu il avqustun 5-də səfər edərək orada səsləndirdiyi bəyanatla bağlı dərin narahatlığını ifadə edən açıqlama verib.

Azpost.info bildirir ki, bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Baş katib Ermənistan rəhbərliyinin bu bəyanatı və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozan əməllərinin beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını və regional sülh və təhlükəsizliyə hədə təşkil etdiyini qeyd edib. O, münaqişənin sülh yolu ilə həlli üzrə BMT və İƏT nizamnamələrinin müddəalarına, Helsinki Yekun Aktına, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrinə, İƏT-in müxtəlif qətnamələrinə istinad edərək, Ermənistan Respublikasını münaqişənin sülh yolu ilə həlli üçün BMT TŞ-nin müvafiq qətnamələri əsasında Azərbaycan Respublikası ilə sülh danışıqlarına çağırıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir