İslandiya qadınları gender prinsipi ilə qoyulan maaş fərqinə etiraz olaraq tətil elan ediblər. Onlar hüquqlarının pozulduğunu bəyan edirlər.
Azpost.info bildirir ki, İslandiyanın Baş naziri Katrin Yakobsdottir həmrəylik nümayiş etdirərək tətilə qoşulub.
Baş nazir də işləməyəcəyini bəyan edib.
Jakobsdóttir etiraz ərəfəsində jurnalistlərə açıqlamasında “Mən bütün qadınlar kimi bu gün işləməyəcəyəm” deyib.
O, həmçinin bildirib ki, rəhbərlik etdiyi hökumət qadınların üstünlük təşkil etdiyi sahələrdə işin ənənəvi olaraq kişi sahələri ilə müqayisədə necə ödənildiyini diqqətlə öyrənir.
İslandiya Müəllimlər İttifaqının məlumatına görə, təhsil sisteminin bütün səviyyələrində qadınlar iş yerlərinin böyük əksəriyyətini tutur. Məktəbəqədər müəllimlər arasında bu rəqəm 94%-ə çatır. Qadınların əksəriyyəti ölkənin tibb sistemində də çalışır.
Eyni zamanda, Dünya İqtisadi Forumu on ildir ki, İslandiyanı gender bərabərsizliyinin olmadığı bir ölkə kimi tanıyır.
Hazırkı qadın tətili ölkədə yarım əsrdən bəri ilk tətil olacaq. 1975-ci ildə bir gün işləməmək təşəbbüsünü islandiyalı qadınların 90%-i dəstəkləyib.
Azpost.info