Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İsmayıllı yolunda çökmə ilə bağlı problem aradan qaldırılıb

User 30 İyun 2023 - 09:21 (Last updated: 21 May 2025 - 20:15)
yol ismail

Muğanlı-İsmayıllı istiqamətində xidməti yolda yaranmış məhdudiyyət aradan qaldırılıb.

AAYA-nin mətbuat katibi bu barədə APA -ya məlumat verib. Bildirilib ki, ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb.

Dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna (Ağsu aşırımı) yönəldilib.

Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə sürüşmənin fəsadlarının tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir.

Bir daha yaranan müvəqqəti narahatlığa görə üzr istəyirik.

Post navigation

Previous: Azərbaycan və Ermənistan danışıqlarında çətin məsələlər axıra qalır –
Next: Meksikada kəskin istilər nəticəsində 100-dən çox insan ölüb

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.