İsmayıllıda evdə partlayış baş verib-Bir ailənin 3 üzvü yanıq xəsarəti alıb

İsmayıllı rayonunda evdə partlayış baş verib.

Hadisə rayonun Quşencə kəndində qeydə alınıb.

Kənd sakini 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı ev  yararsız hala düşüb. Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ər və arvadın vəziyyəti ağır olduğu üçün onlar müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ədliyyə Nazirliyinin səlahiyyətləri artıb

Sonrakı məqalə

Ərdoğan və Putinin görüşəcəyi tarix məlum oldu