İspaniya Baş naziri arvadı ilə bağlı qalmaqala görə istefa verəcəkmi?- AÇIQLAMA

İspaniya Baş naziri Pedro Sançez istefa verməyəcəyini bildirib.

Azpost.info xəbər verir ki, həyat yoldaşı Beqonya Qomesə qarşı istintaq hərəkətlərinə başlamaq üçün məhkəmə qərarına baxmayaraq, Sançez postunu tərk etməyi düşünmür.

“Mən İspaniya hökumətinin başında daha böyük güclə işləməyə davam etmək qərarına gəldim”, – Baş nazir deyib.

Pedro Sançez hökumət başçısı olaraq vəzifələrini dayandırdığını bildirmiş, hətta istefaya hazır olduğunu bəyan etmişdi. Sançesin bu addımı onun əlaqələrindən biznes maraqları üçün istifadə etməkdə şübhəli bilinən həyat yoldaşı Beqonya Qomesə qarşı aparılan istintaqla bağlı idi.

Bununla belə, çoxları əmin idi ki, Pedro Sançesin postunu tərk etmək planları yoxdur və onun məlum bəyanatı sadəcə siyasi addımdır.

Azpost.info

Əvvəlki məqalə

Bakıda yeni park salınacaq

Sonrakı məqalə

Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş verib