Bakıda yeni park salınacaq

Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi və ərazidə park salınması nəzərdə tutulur.

Bu barədə APA-ya Xətai rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.

Xatırladaq ki, qeyd olunan ərazi “Sevirəm” parkının yaxınlığındadır.

Əvvəlki məqalə

Babəkin yeni təyin olunan icra başçısı kimdir?

Sonrakı məqalə

İspaniya Baş naziri arvadı ilə bağlı qalmaqala görə istefa verəcəkmi?