İspaniyada 14 yaşınadək uşaqların küçəyə çıxmalarına icazə verilib

28 Aprel 2020 - 09:05

Bazar ertəsi İspaniya rəsmiləri Avropanın ən sərt koronavirus karantinini yumşaltmağa başlayıb və altı həftədən sonra uşaqların açıq havada olmasına icazə verilməsi ictimai yerlərdə izdihamın yaranmasına səbəb olub.

Dünyanın ölümcül COVID-19 tənəffüs pandemiyasından ən çox əziyyət çəkən İspaniya virusun yayılmasının qarşısını almaq üçün martın 14-dən bəri ictimai həyatı dayandırmışdı. Lakin son zamanlar yoluxma azaldığı üçün hökumət məhdudiyyətləri yüngülləşdirməyə başlayıb. Hökumət artıq hərəkətə məhdudiyyətlərə dair qadağanı tamamilə aradan qaldırmağa hazırlaşır.

Məhdudiyyətlərin əhəmiyyətli tərəflərində biri də bazar günü 14 yaşına çatmamış uşaqların sosial uzaqlaşma qaydalarına riayət edərək, böyüklərdən bir nəfərin nəzarəti ilə açıq havada bir saat gəzmələrinə iczaə verilməsidir.

Səhiyyə naziri Salvador İlla mətbuat konfransında insanların əksəriyyətinin məhdudiyyətlərin azaldığı ilk günün yeni qaydalara uyğun davranışlarının “nümunəvi” olduğu deyib. Lakin o əlavə edib ki, yenə də hamının sosial uzaqlaşma qaydalarına riayət etməsi vacibdir.