Rusiyada milyonlarla miqrant səfalət içərisində yaşayır

Moskvanın koronavirusdan karantinə alınmasından əvvəl də Tacikistandan olan İbrahim Artıkovun bəxti gətirmirdi. İki ay ərzində dörd yerdə işləyən bu fəhlənin ya maaşı tam ödənimir, ya da onu işə götürən şəxslər heç nə ödəmədən yoxa çıxırdı.

Rusiyada 10 milyon əmək miqrantından biri olan 32 yaşlı İbrahim Artıkov koronavirus səbəbi ilə dörd həftəlik karantinə görə ümumiyyətlə iş tapa bilmir.

Karantinin nə vaxt yüngülləşdiriləcəyi barədə heç bir rəsmi xəbər yoxdur və Artıkov bütün uçuşlar dayandırıldığı üçün vətəninə də dönə bilmir.

“Evimiz, maşınımız, pulumuz yoxdur, ona görə də birtəhər sağ qalırıq. Biri borc verir, digəri yemək, kimin əlindən nə gəlirsə elə yardım edir” – deyə, tanışları ilə birlikdə kirayə mənzildə yaşayan fəhlə bildirir.

“Biz su və hava ilə yaşaya bilmərik, biz necəsə yaşamalıyıq. Acından ölməkdən qorxunc bir şey yoxdur” – deyir, İbrahim.

Prezident Vladimir Putin epidemiyanın hələ pik həddə çatmadığını deyir. Moskva virusun yayılmasının qarşısını almaq üçün zəruri hesab olunanlardan başqa bütün müəssisələrin işini dayandırıb.

Miqrasiya üzrə ekspert Valentina Çupikin dediyinə görə, bu, təkcə Moskva və onun ətrafında qanuni olaraq işləmək üçün qeydiyyatdan keçmiş 2,2 milyon miqrantın tikinti və digər sektorlarda iş yerlərini itirməsi deməkdir.

Real rəqəm çox ehtimal ki, daha yüksəkdir, belə ki, əsasən yosul Orta Asiya respublikalarından olan və əmək haqlarının bir qismini evlərinə göndərən milyonlarla mühacir iş verənlər tərəfindən asanlıqla istismar edilir və ya aldadılacaqları “kölgə iqtisadiyyatı”nda çalışır.

Kremlin bəzi tənqidçiləri Rusiya hökumətini böhranla üzləşən vətəndaşlarına və müəssisələrə kifayət qədər iqtisadi dəstək vermədiyi üçün tənqid atəşinə tutur. Miqrantlar isə dövlətdən tamamiləheç bir dəstək almır.

Bəzi rəsmilər miqrantlara müəyyən imtiyazlar verəcək təcili tədbirlər görməyə çağırır. Rusiya mediası isə cinayətlərin artacağı riski barədə xəbərdarlıq edir. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İspaniyada 14 yaşınadək uşaqların küçəyə çıxmalarına icazə verilib

Sonrakı məqalə

Məşhur aktrisa makiyajsız canlı yayım etdi, peşiman oldu –