İspaniyada 26 mindən çox tibb işçisi koronavirusa yoluxub

İspaniyada 26 672 tibb işçisinə koronavirus diaqnozu qoyulub. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İspaniya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, onların bir qısmi sağalaraq işinin başına dönüb.

Qeyd edək ki, İspaniyda koronavirusdan ölənlərin sayı 18 056-ya çatıb. Krallıqda 172 541 nəfər isə infeksiyaya yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 936 000-i ötüb. Bunların 458 997 nəfəri sağalıb, 120 567 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AHİK aztəminatlı ailələr üçün 105 min manat vəsait köçürdü

Sonrakı məqalə

İlin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib