İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb

İspaniyada son 24 saat ərzində yeni koronavirusdan (COVID-19) 832 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ölənlərin ümumi sayı 5690 nəfərə çatıb.  

Son sutka ərzində 8190 yeni yoluxma qeydə alınıb, koronavirus diaqnozu qoyulanların ümumi sayı 72 248-ə çatıb. Onlardan 4,5 min nəfərinin vəziyyəti ağırdır, 12,3 min nəfər sağalıb.

Ən ağır vəziyyət Madrid bölgəsindədir. Burada 21,5 min yoluxma, 2,8 min ölüm qeydə alınıb. Koronavirusa yoluxma və ölüm sayına görə İspaniya İtaliyadan sonra Avropada ikinci yerdədir.  

Martın 14-dən aprelin 11-dək İspaniyada yüksək hazırlıq rejimi tətbiq olunub, insanların hərəkəti məhdudlaşdırılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Sonrakı məqalə

Birinci sinfə qəbul…