İsrail 1500 HƏMAS yaraqlısını öldürüb- Qəzza zolağı ilə sərhədə nəzarəti bərpa edib

“İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hücumundan sonra Qəzza zolağı ilə sərhəd hasarına nəzarəti ələ keçirib”.

Azpost.info xəbər verir ki, bu barədə CNN İsrail ordusunun sözçüsü Riçard Xextə istinadən yazıb.

“Cənubda biz sərhəd hasarına nəzarəti bərpa etdik. Ümid edirəm ki, proses yaxın bir neçə saat ərzində yekunlaşacaq”, – Xext bildirib.

Onun sözlərinə görə, İsrail ordusu HƏMAS-ın 800-ə yaxın hədəfini məhv edib: “Yüzlərlə yaraqlı öldürülüb, minlərlə insan yaralanıb və onlarla əsir götürülüb”.

CNN-in məlumatına görə, İsrail qırıcıları bu gecə Qəzzada 200-dən çox hədəfi vurubBunlara HƏMAS-ın silahlarının saxlandığı və əməliyyat komanda mərkəzinin yerləşdiyi məscidlər daxildir.

“İsraildə 1500 HƏMAS yaraqlısının cəsədi tapılıb”, – “The Times of Israel” yazır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.