İsrail ABŞ komandanlığının peykinə bağlanıb, İranı onlayn görür –Hərbi analitiklər

İsrail televiziyasında müzakirə zamanı İsrail hərbi analitikləri İranla savaşla bağlı maraqlı məlumatlar açıqlayır.

AzPost həmin məqamları təqdim edir:

▪️İsrail, məlumatları ABŞ Mərkəzi Komandanlığı (USCENTCOM) tərəfindən istifadə edilən ABŞ peyklərinə (USSPACECOM peykləri) birbaşa bağlıdır, ona görə də ABŞ kəşfiyyatının məlumat verməsini gözləmədən İranı onlayn görür.

▪️ABŞ peykləri sayəsində İsrail buraxılış qurğuları hələ hazırlanarkən İranın raket zərbələri barədə məlumat alır.

▪️İrandan atılan raketlərin təxminən 40%-i ABŞ tərəfindən vurulur.

▪️Texnoloji üstünlüyünə baxmayaraq, İsrail İranın hərbi potensialını məhv edə və məqsədlərinə tam nail ola bilmir; bu, ABŞ-ın müharibəyə girməsini tələb edir.

▪️ABŞ  İrana qarşı açıq müharibəyə girə bilməz. Çünki o, BMT Təhlükəsizlik Şurasında daimi üzvüdür və daxil olmaq üçün ABŞ-ın maraqlarına birbaşa təhdid tələb olunur: Məsələn, İranın ABŞ bölmələrinə zərbələr endirməsi və ya Hörmüz boğazının bağlanması şəklində “casus belli” tələb olunur. İsrail casus belli yaratmaq üzərində işləməlidir.

▪️ABŞ-dan aktiv sursatın tədarükü davam edir, lakin birdən-birə nədənsə dayanarsa, İsrail bu rejimdə maksimum iki-üç həftə müharibə apara biləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.