“İsrail bankları rusların hesabları üzrə əməliyyatları məhdudlaşdırmağa başlayıb. Bu, hətta İsrail pasportu olan ruslara da şamil olunur”.
Azpost.info xəbər verir ki, “SmartGen Ltd” beynəlxalq maliyyə şirkətinin təsisçisi Mark Oiqman deyib.
“Təxminən 10 gün əvvəl müştərilərimiz öz banklarından zənglər almağa başladılar ki, “Euroclear” rusiyalıların hesablarını ayırmağı xahiş edib. Biz bu məlumatları birbaşa olaraq yoxladıq və bu təsdiqləndi”, – Oiqman bildirib.
Onun sözlərinə görə, banklar qarşıdan gələn məhdudiyyətlərlə bağlı məlumatı şifahi şəkildə çatdırıb, müştərilərə heç bir rəsmi məktub daxil olmayıb. Üstəlik, demək olar ki, bütün böyük İsrail maliyyə təşkilatları artıq oxşar məhdudiyyətlər tətbiq ediblər.
Bu cür məhdudiyyətlər rusların aktivlərinin ayrıca nəzərə alınması və sanksiyaların pozulması halında bloklanması üçün zəruridir. Bundan əvvəl “Euroclear” “Emirates NBD” Bank və Qazaxıstan Fond Birjasından ruslar üçün məhdudiyyətlərə əməl etməyi tələb edirdi.
“Forbes”in maliyyə bazarındakı mənbəsi qeyd edib ki, hazırda “Euroclear” rusların hesablarını ayırmaq üçün dünyanın bütün təşkilatlarına sorğular göndərir.
Azpost.info