“İsrail hərbçilərinin Qarabağda olması barədə fikir cəfəngiyyatdır” –İsrailin Rusiyadakı səfiri

“İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır, bu fikir fantaziyadan başqa bir şey deyil. Bu məlumatlar cəfəngiyatdır”.

RİA Novosti-nin məlumatına görə, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrə münasibət bildirərkən deyib.

Səfir əlavə edib ki, bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir: “Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir