“İsrail HƏMAS yaraqlılarını dinləməyi bir il əvvəl dayandırmışdı”- “The New York Times”

“İsrailin Kəşfiyyat İdarəsi Fələstin HƏMAS yaraqlılarını dinləməyi bir il əvvəl dayandırıb, çünki onlar bunu faydasız hesab ediblər”.

Azpost.info xəbər verir ki, bunu “The New York Times” qəzeti öz mənbələrinə istinadən yazıb.

HƏMAS-ın müharibədə heç bir marağı olmadığı qənaətinə gələn İsrail kəşfiyyatı və milli təhlükəsizlik rəsmiləri hadisə günü bunun sadəcə gecə məşqi olduğunu güman ediblər.

“Kəşfiyyat orqanlarında belə bir qənaət olub ki, HƏMAS İsrailə sadəcə kiçik bir hücuma cəhd edə bilər. Demək olar ki, hücum başlayana qədər heç kim vəziyyətin bu qədər ciddi olduğuna inanmırdı”, – üç İsrail müdafiə rəsmisi nəşrə bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.