“İsrail İrana hücum edərsə, tamamilə fərqli şərtlər yaranacaq”- RƏİSİ

İran prezidenti İbrahim Rəisi ölkəsinə nöbəti dəfə hücum edəcəyi təqdirdə İsrail rejiminin mövcudluğunu şübhə altına alıb.

Azpost.info xəbər verir ki, o, bu barədə Pakistana səfəri zamanı bildirib.

“Əgər İsrail səhvə yol verib İran ərazisinə hücum edərsə, bunun üçün tamamilə fərqli şərtlər yaranacaq və məlum deyil ki bundan sonra İsrail rejimindən nəsə qalacaq ya yox”, – Rəisi deyib.

Rəisi əlavə edib ki, son hücum zamanı Tehran İsrail rejimini Dəməşqdəki İran konsulluğuna hücuma görə cəzalandırıb. Onun sözlərinə görə, İsrailin konsulluğa hücumu beynəlxalq hüququn bütün normalarına ziddir.

Rəisi onu da qeyd edib ki, İran məzlum Fələstin xalqını qürurla müdafiə etməyə davam edəcək.

Azpost.info

Əvvəlki məqalə

“Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük”

Sonrakı məqalə

“Britaniyanın bu qərarı Ukraynaya yardım planlarımıza töhfə verəcək”