İsrail özünümüdafiə məqsədi ilə və Tehranın 1 oktyabr hücumuna cavab olaraq İrandakı hərbi obyektləri vurub.
CNN-nin məlumatına görə, Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett bildirib.
“İsrail oktyabrın 1-də İranın İsrailə ballistik raket hücumuna cavab olaraq müdafiə məqsədi ilə İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir”, – Savett vurğulayıb.