İsrail İranda raket və PUA saxlanan obyektlərə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 15 döyüş təyyarəsi İranın qərbindəki raket və pilotsuz təyyarələrin saxlandığı ərazilərə bir sıra irimiqyaslı zərbələr endirib.

Bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat verib.

“Bu yaxınlarda 15 qırıcı təyyarə İranın qərbinə genişmiqyaslı zərbələr dalğası həyata keçirib. İran silahlı qüvvələrinə məxsus yeraltı hərbi obyektlər, raket və pilotsuz təyyarələrin saxlanma məntəqələri hücuma məruz qalıb”, – məlumatda deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.