İsrail İranın kosmik obyektini məhv edib

İsrail Hərbi Hava Qüvvələri Tehranda “hücum peyklərini” inkişaf etdirmək üçün istifadə olunan mərkəzə zərbə endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, sözügedən mərkəz İranın “Çamran-1” peyki də daxil olmaqla ölkənin hərbi-kosmik potensialını inkişaf etdirmək funksiyası daşıyıb, eləcə də “dünyanın digər ölkələrinin kosmik aktivlərinə və İsrail Dövlətinin peyklərinə zərbə endirmək imkanları” üçün istifadə edilib.

IDF həmin obyektin məhv edildiyini açıqlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.