İsrail İranın Suriyadakı silah anbarını raketlə vurub

Suriya İsrailin Qolan təpələrindən Dəməşq yaxınlığında beş ayrı hədəfi gecə yarısı raketlə vurduğunu bildirir. İsrail hücumların məsuliyyətini üzərinə almayıb, lakin xəbərlərdə hədəflərin İrana məxsus silahların olduğu bildirilib. İran İsrail tərəfindən hər hansı hücuma sərt cavab verməklə hədələyib.

Raket hücumndan sonra çərşənbə gecə yarısı Dəməşq üzərindəki səmanı tüstü bürüyüb.

Suriya bildirib ki, raketlər İsrailin işğal etdiyi Qolan təpələrindən atılıb və Suriya qüvvələri onlardan birini vurub. İranlı və suriyalı azı yeddi döyüşçü öldürülüb.

İsrail hücumla bağlı şərh verməsə də, keçmişdə Suriyada İrana məxsus yüzlərlə silaha hücum etdiyini etiraf edib. İsrail mətbuatı bildirib ki, İrana məxsus silahlar Dəməşqə çərşənbə günü çatdırlıb və onlar Livanda İran tərəfdarı Hizbulla yarı-hərbi dəstəsi üçün nəzərdə tutulub.

Bu hücum İsrail tərəfindən həyata keçirildiyi iddia olunan bənzər hücumdan bir həftə sonraya təsadüf edib.

İsrailli təhlükəsizlik təhlilçisi Ameri Oren I24 News kanalına deyib ki, İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyib, çünki nə İran nə Suriya ilə müharibə istəmir.

İsrail Qolan təpələrini 1967-ci ildə Suriyadan ələ keçirib və daha sonra ərazini ilhaq edib.

İsrailin iddia olunan hücumları İsraillə İran arasında gərginliyi artırıb. İran ən son hücumdan əvvəl dəfələrlə İsraili və müttəfiqi ABŞ-ı hədələyib. İranda insanlar qisas çağırışları edib.

İsrailin vəziyyəti Rusiya Suriyada əməliyyat apardığına görə qəlizləşib. Ötən həftə İsrail tərəfindən həyata keçirildiyi iddia olunan hücum zamanı Suriya təyyarə əleyhinə raketlər atmışdı və onlardan biri az qala içində 172 nəfər olan sərnişin təyyarəsini vuracaqdı. Rusiya İsrailə Suriyada təktərəfli hərəkət etməmək barədə xəbərdarlıq edib. Lakin İsrail rəsmiləri deyir ki, onlar artıq bütöv İsraili vura biləcək 100 mindən çox raketi olan Hizbullaya daha da təkmilləşdirilmiş silahlar əldə etməyə imkan verməyəcəklər. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq

Sonrakı məqalə

Erməni politoloq: