“İsrail Kiyevə silah versə, Rusiya ilə münasibətlərini məhv edəcək”- MEDVEDEV

“İsrailin Ukraynaya silah tədarük etmək niyyəti ehtiyatsız addımdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Teleqram” kanalında bildirib.

Onun sözlərinə görə, bu, Rusiya ilə İsrail arasında bütün dövlətlərarası münasibətləri məhv edəcək.

Qeyd edək ki, İsrailin diasporla iş üzrə naziri Nahman Şay hökuməti Ukraynaya hərbi yardım göndərməyə çağırıb. Nazir bildirib ki, Ukraynanın ABŞ və NATO ölkələrindən aldığı kimi, İsraildən də hərbi yardım almasının vaxtı çatıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.