İsrail “Hizbullah”ın Livandakı hədəflərinə hava zərbələri endirib

Oktyabrın 17-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” şiə qruplaşmasının Livandakı 8 hədəfinə zərbələr endirib.

Azpost.info xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib.

“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Livandakı “Hizbullah” terror təşkilatının terror obyektlərinə və hərbi infrastrukturuna zərbələr endirib”, – məlumatda deyilir.

O da qeyd olunur ki, zərbələr bir gün əvvəl İsrail ərazisinin atəşə tutulmasına cavabdır.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (SAXAL) minaatan hücumlarına cavab olaraq oktyabrın 14 və 15-də Livandakı “Hizbullah” hərbi obyektlərini vurmuşdu. SAXAL nümayəndələri qeyd ediblər ki, obyektlərin məhv edilməsi aviasiya, artilleriya və tankların köməyi ilə həyata keçirilib.

Livandan silahlı şəxslər mütəmadi olaraq İsrail ərazisinə daxil olmağa çalışırlar. Oktyabrın 14-də bir neçə yaraqlı buna cəhd edib, lakin pilotsuz təyyarə ilə vurulublar. Oktyabrın 17-də də Livanla sərhəddə hasarları aşıb partlayıcı qurğu yerləşdirmək istəyərkən 4 nəfər həlak olub.

Oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasının İsrailə hücumundan sonra Livanla sərhəddə vəziyyət pisləşib. Bundan sonra İsrail-Livan sərhədində hər gün qarşılıqlı atəş və digər insidentlər baş verir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.