İsrail Müdafiə Nazirliyi müharibənin yeni mərhələsini elan edib

İsrail hərbi səylərinin “ağırlıq mərkəzini” şimala, Livanla sərhədə keçirir, müharibənin yeni mərhələsi başlayır.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin Müdafiə naziri Yoav Qalant “Ramat David” aviabazasında hərbçilərlə görüşdə bildirib.

“Biz qüvvələri, resursları və enerjini şimala keçiririk. Düşünürəm ki, biz bu müharibənin yeni mərhələsinin başlanğıcındayıq və buna uyğunlaşmaq lazımdır”, – nazir vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.