İsrail ordusunun səhər saatlarından Qəzza zolağına etdiyi hücumlarda azı 59 fələstinli öldürülüb.
APA xəbər verir ki, bu haqda Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda İsrail ordusunun raket və PUA-larla müxtəlif bölgələri hədəf alması nəticəsində çoxlu sayda insanın yaralandığı bildirilir.