İsrail ordusu HƏMAS-ın hərbi liderinin evinə hücum edib

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin İslamçı HƏMAS hərəkatının hərbi qanadının komandiri Məhəmməd əd-Deyfin Qəzza zolağındakı evinə hücum edib.

Azpost.info bildirir ki, bu barədə “Al Mayadeen” xəbər verir.

Hucum nəticəsində komandirin qardaşı ölüb. “The Jerusalem Post” yazır ki, zərbə nəticəsində onun ailəsinin digər üzvləri qurban ola bilər. Əd-Deyfin özünün harada olduğu göstərilməyib.

İDF həmçinin bildirib ki, oktyabrın 11-nə keçən gecə Qəzza zolağının Əl-Furqan bölgəsində 200 hədəfə zərbələr endirib. İsrail tərəfinin fikrincə, HƏMAS bu obyektlərdən “terror yuvası” kimi istifadə edir.

Məhəmməd əl-Deif 1990-cı illərin ortalarından HƏMAS-ın hərbi qanadının komandiri olub. 30 ildir ki, İsrailin ən çox axtarılanlar siyahısındadır. ABŞ onu 2015-ci ildə terrorçular siyahısına əlavə edib. İsrail təhlükəsizlik qüvvələri onu məhv etməyə bir neçə dəfə cəhd edib. “France24” xəbər verir ki, onun 2006-cı ildəki hücumlardan biri zamanı gözünü, qolunu və ayağını itirdiyi güman edilir.

Azpost.info

Əvvəlki məqalə

“Türk Hava Yolları” İsrailə uçuşları dayandırıb

Sonrakı məqalə

Bakıda ana və 4 uşağı itkin düşüb