“Türk Hava Yolları” İsrailə uçuşları dayandırıb

“Türk Hava Yolları” aviaşirkəti İsrailin Tel-Aviv şəhərinə olan bütün səfərlərini müvəqqəti dayandırıb.

Bu barədə “Türk Hava Yolları”nın media müşaviri Yahya Üstün sosial media hesabı vasitəsilə bildirib.

Məlumatda qeyd edilib ki, səfərlər HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrailə hücumu nəticəsində bölgədə yaranan mövcud vəziyyətlə əlaqədar olaraq növbəti elana qədər təxirə salınır.

Əvvəlki məqalə

İsraildə ölənlərin sayı 1200-ə çatıb

Sonrakı məqalə

İsrail ordusu HƏMAS-ın hərbi liderinin evinə hücum edib