İsraillə HƏMAS arasında 4 günlük atəşkəs bu gün qüvvəyə mindi

İsrail ordusu ilə HƏMAS arasında bağlanan 4 günlük atəşkəs rəsmi olaraq bu gün səhər qüvvəyə minib.

Azpost.info xəbər verir ki, Fələstin tərəfi bu gün girovların ilk partiyasını (13 nəfər) İsrailə təhvil verməyi planlaşdırır.

Ümumilikdə 50 israillinin əksəriyyəti qadın və uşaq olan 150 fələstinli məhbusla dəyişdirilməsi planlaşdırılır.

HƏMAS-la İsrail ordusu arasında razılıq noyabrın 22-də əldə olunub. Razılaşma çərçivəsində hər iki tərəf onlarla girovu dəyişdirmək üçün dörd gün ərzində hərbi əməliyyatları dayandıracaq. Bundan başqa, elan edilmiş atəşkəs Qəzza zolağının sakinlərinə humanitar yardımın ötürülməsinə imkan verəcək. Hər gün Qəzzaya ən azı 200 yük maşının humanitar yardım, dörd maşın isə yanacaq və məişət qazının gəlməsi gözlənilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.