İsrail ordusu Qəzza zolağında irimiqyaslı əməliyyatlara hazırlaşır

İsrail ordusu Qəzza zolağında Fələstinin “HAMAS” terror təşkilatına qarşı irimiqyaslı əməliyyatlara hazırlaşır.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.

“Hərbi əməliyyatlar geniş maddi-texniki təchizatla tamamlanır. Yüz minlərlə ehtiyatda olan hərbçi səfərbər edilib. Havadan, dənizdən və qurudan hərtərəfli və əlaqələndirilmiş hücumu əhatə edən geniş spektrli hücum əməliyyat planlarını həyata keçirmək planlaşdırılır”, – deyə mətbuat xidmətinin bəyanatında deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1300 nəfər ölüb, 3300 nəfər yaralanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.