İsrail ordusu Qəzza zolağının şimalında 60-a yaxın adamı içəridə saxlayaraq İndoneziya xəstəxanasını sökməyə başlayıb.
APA xəbər verir ki, bu barədə mayın 19-da Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail əsgərləri buldozerlərin köməyi ilə xəstəxananın darvazalarını və şimal divarını söküblər.
İçəridə dörd həkim və səkkiz tibb bacısı da daxil olmaqla azı 55 nəfərin qaldığı bildirilir.
Qəzzanın səhiyyə naziri Munir əl-Burş İsrail əsgərlərinin əvvəlcədən xəbərdarlıq etmədən xəstəxananı hədəf aldıqlarını bildirib.
O həmçinin əlavə edib ki, hərbçilər reanimasiya şöbəsini də atəşə tutublar.