İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldürüldüyünü bildirib

İsrail ordusu (İDF) Qəzza müharibəsi zamanı təxminən 70.000 fələstinlinin öldürüldüyünü bildirib.

AzPost bildirir ki, bu barədə “Haaretz” qəzeti xəbər verir.

Bu rəqəm İsrailin əvvəllər şübhə altına aldığı Qəzza Səhiyyə Nazirliyinin hesablamaları ilə uyğun gəlir.

İsrail Qəzzada hərbi kampaniyasına 7 oktyabr 2023-cü ildə Fələstin HƏMAS qruplaşmasının hücumundan sonra başlayıb.

Qəzza səhiyyə orqanlarının məlumatına görə, müharibə zamanı ən azı 71.662 fələstinli öldürülüb.

İsrail Silhalı Qüvvələri ölüm sayının təxminən 70.000 olduğunu etiraf etsə də, BMT-nin mülki itkilərlə bağlı hesablamalarını təkzib edib. Ordu rəhbərliyi müharibə zamanı heç bir sağlam insanın aclıqdan ölmədiyini iddia edib. Qəzza Səhiyyə Nazirliyi və çoxsaylı beynəlxalq təşkilatlar ölənlərin böyük əksəriyyətinin mülki şəxslər olduğunu iddia edirlər.

Lakin İsrail iddia edir ki, ölənlərin təxminən 25.000-i HƏMAS silahlıları olub.

ABŞ-ın vasitəçiliyi ilə Qəzzada 10 oktyabrdan bəri atəşkəs rejimi qüvvədədir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.