İsrail ordusu Rəfaha girib, keçid məntəqəsi ələ keçirilib

İsrail ordusunun tankları Qəzza istiqamətindən Rəfah keçid məntəqəsinin ərazisinə daxil olub.

Bu barədə “The Times of İsrael” məlumat yayıb.

İsrail ordusu bu gün səhər Qəzza zolağı istiqamətindən Rəfah keçid məntəqəsini ələ keçirib.

Bu barədə İsrail ordusu məlumat yayıb.

Məntəqənin əsas yolunun ələ keçirildiyi, fəaliyyətini dayandırdığı bildirilib.

“Əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib. Əməliyyatda indiyədək heç bir əsgər yaralanmayıb. Hazırda qoşunlar ərazidə axtarış aparır və əlavə tapşırıqlara hazırlaşır”, – məlumatda deyilir.

Bundan başqa, HAMAS-ın Rəfahdakı 50-dən çox obyektinin də gecə ərzində İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

Əvvəlki məqalə

Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Sonrakı məqalə

Valyuta məzənnələri