İsrail Prezidenti Türkiyə səfirinin etimadnaməsini qəbul edib

İsrail Prezidenti İsaak Herzoq Türkiyə səfirinin etimadnaməsini qəbul edib.

Bu barədə İsrail Prezidenti “Twitter” hesabında bildirib.

“İsrailə xoş gəlmişsiniz, Türkiyə səfiri Şakir Özkan Torunlar! Ötən il Ankaraya rəsmi səfərim zamanı İsrailin himnini eşitdiyim kimi, Prezident İqamətgahında Türkiyənin himnini eşitməkdən çox təsirləndiyinizə inanıram. Münasibətlərimizi möhkəmləndirmək və tarixi əlaqələrimizi inkişaf etdirmək istiqamətində fəaliyyətinizdə sizə uğurlar arzulayıram”, – Herzoq paylaşımında qeyd edib.

Əvvəlki məqalə

Prezident “Siyasi partiyalar haqqında” Qanunu təsdiqlədi

Sonrakı məqalə

Aİ və NATO İşçi Qrupu yaratdı