Aİ və NATO İşçi Qrupu yaratdı- Təxribatlara qarşı birgə işləyəcəklər

“Avropa İttifaqı və NATO kritik infrastrukturu birgə qorumaq üçün İşçi Qrupu yaradıblar”.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu, “Şimal axını”nda təxribata səbəb olan əməkdaşlığın yeni istiqamətidir.

“Bu gün biz kritik infrastrukturumuzun davamlılığını təmin etmək üçün Aİ-NATO İşçi Qrupunu işə salırıq. Kritik infrastrukturumuza qarşı təhdidləri müəyyən etmək üçün və mümkün təxribatlara qarşı birlikdə işləyəcək”, – Lyayen bildirib.

Azpost.info

Əvvəlki məqalə

İsrail Prezidenti Türkiyə səfirinin etimadnaməsini qəbul edib

Sonrakı məqalə

24 il əvvəl Qobustan həbsxanasında qiyamı kim təşkil etmişdi? –