İsrail Qəzza ilə sərhəddə yaşayan bütün yəhudi sakinləri təxliyə edir

İsrail hakimiyyəti Qəzza zolağı ilə sərhəddə yaşayan bütün sakinləri təxliyə etmək qərarına gəlib.

Azpost.info bildirir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həqarinin sözlərinə görə, xilasetmə əməliyyatı yaxın 24 saat ərzində həyata keçiriləcək:  “İsrail 24 saat ərzində Qəzza sərhədi yaxınlığındakı şəhərlərdə yaşayan bütün sakinləri təxliyə edəcək”.

Həqari qeyd edib ki, İsrail ordusu Qəzzada İsrail icmasının girovlarını azad etmək üçün Həmas silahlıları ilə qəhrəmancasına mübarizə aparır: “İsrail ordusu həmçinin 400-dən çox fələstinli yaraqlını öldürüb və onlarla məhbusu həbs edib”, – İDF sözçüsü əlavə edib.

Xatırladaq ki, oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı İsrailin sərhəd bölgələrinə iri raket hücumu həyata keçirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.