İsrail hökuməti ABŞ prezidenti Donald Trampın sülh planını həyata keçirmək üçün döyüşən tərəflərin razılığından sonra orduya Qəzza şəhərinin nəzarətə götürülməsi əməliyyatını dayandırmağı və Zolaqdakı fəaliyyətini minimuma endirməyi tapşırıb.
Bu barədə İsrail ordusunun radiosu “Qalei Tzahal” məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp HAMAS hərəkatının sülhə hazır olduğuna əmin olduğunu bildirib və İsraili Qəzza zolağının bombardman erməyi dərhal dayandırmağa çağırıb.
Tramp bu haqda öz “Truth” hesabında yazıb.