İsrail Qəzzada daha 66 nəfəri öldürdü

Qəzza planı
Qəzza planı

İsrailin zərbələri nəticəsində son 24 saat ərzində Qəzza zolağında ən azı 66 nəfər öldürülüb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində Qəzza zolağında xəstəxanalara 66 ölü, o cümlədən daha əvvəl öldürülən iki nəfərin cəsədi gətirilib. 182 nəfər isə yaralanıb”, – məlumatda bildirilir.

Nazirliyin məlumatına görə, martın 18-də İsrail döyüşləri bərpa etdikdən sonra Qəzza zolağında 5139 nəfər öldürülüb, itkilərin sayı isə 16882 nəfərə çatıb.

2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 55 432 nəfərdir və 128 923 nəfər isə yaralanıb.

Qeyd edək ki, İranla başlayan gərginlikdən sonra İsrail qoşunlarının bir qismi Qəzza sektorundan çıxarılaraq Misir və İordaniya sərhədinə yerləşdirilib.

Bildirilir ki, indi anklav ərazisində İsrailin 10 minə yaxın hərbçisi var. Sektordan çıxarılan 98-ci diviziya, elit desant birləşməsi və xüsusi təyinatlı bölmədir ki, bu da Misirlə sərhədə yerləşdirilib.

İordaniya ilə sərhəddə isə İsrail ordunun qüvvələri 3 dəfəyə kimi artırılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.