İsrail Qəzza əməliyyatına görə Qərbdəki müttəfiqlərini itirir– Axios 

Qəzzada
Qəzzada

Qəzza zolağında davam edən hərbi əməliyyatlar İsrailin beynəlxalq mövqeyini zəiflətməkdədir. AzPost xəbər verir ki, “Axios” nəşri İsrailin Qərb müttəfiqləri ilə münasibətlərində ciddi çatların yarandığını yazıb.

Məqalədə vurğulanır ki, 2023-cü ilin oktyabrında HƏMAS-ın hücumlarından sonra İsrailə verilən beynəlxalq dəstək zamanla azalıb. Baş nazir Benyamin Netanyahunun hökuməti artıq bir çox Qərb ölkələrinin açıq tənqidi ilə üzləşir.

“Axios” qeyd edir ki, xüsusilə Qəzzaya qarşı hava zərbələrinin davam etməsi və humanitar yardımların qarşısının alınması müttəfiqlərin narazılığına səbəb olub. Bu, yalnız diplomatik ritorika deyil, real siyasi təcridə çevrilməkdədir.

Mənbəyə görə, bir sıra Qərb liderləri artıq İsrail hökumətinin siyasətinə qarşı daha sərt mövqe nümayiş etdirirlər. Analitiklər vəziyyətin daha da pisləşə biləcəyini istisna etmir.

Nəşr sonda bildirir ki, İsrailin beynəlxalq səviyyədə tənha qalması onun siyasi və hərbi manevr imkanlarını məhdudlaşdıra bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.