İsrailin Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 70 nəfər həlak olub.
Bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.
Məlumata görə, həlak olanların ümumi sayından təxminən 20 nəfəri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsinin bombalanmasının qurbanı olub.
Fələstin anklavının Səhiyyə Xidməti qeyd edir ki, son 24 saat ərzində ən azı 184 nəfər yaralanıb.
İsrail ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffdan Qəzza zolağında 60 günlük atəşkəs və HƏMAS-ın əlində olan on israilli girovun azad edilməsini nəzərdə tutan yeni təklif alıb.
Bu barədə “Ynet” məlumat yayıb.
Qeyd olunur ki, İsrail Uittkoffun bu təklifinə hələ heç bir cavab verməyib.
Nəşrin məlumatına görə, saziş layihəsi 60 günlük atəşkəs çərçivəsində Qəzzada müharibənin tam dayandırılması üçün tərəflər arasında danışıqları nəzərdə tutur.