İsrail Qəzzada xəstəxananı vurduğunu təkzib edib –
User
18 Oktyabr 2023 - 10:20 (Last updated: 21 May 2025 - 20:15)
İsrail Qəzza zolağında xəstəxananı vurması barədə xəbərləri təkzib edib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat və peyk görüntüləri yayıb.
Yayılan peyk görüntülərini əsas gətirən İsrail ordusu qeyd edib ki, aviasiya bombası və ya raketlə havadan zərbə endirilən zaman sursatın düşdüyü ərazidə 7-19 metr diametrdə krater əmələ gəlir. Videoda xəstəxananın vurulmasından əvvəl və sonrakı görüntülər öz əksini tapıb, ərazidə aviazərbə nəticəsində kraterin yaranmadığı göstərilib.