İsrail Qəzzada əməliyyatları dayandırdıTramp çağırış etdi

İsrail hökuməti ABŞ prezidenti Donald Trampın sülh planını həyata keçirmək üçün döyüşən tərəflərin razılığından sonra orduya Qəzza şəhərinin nəzarətə götürülməsi əməliyyatını dayandırmağı və Zolaqdakı fəaliyyətini minimuma endirməyi tapşırıb.

Bu barədə İsrail ordusunun radiosu “Qalei Tzahal” məlumat yayıb.

 

“Vəziyyətin qiymətləndirilməsindən və ABŞ nümayəndələri ilə müzakirələrdən sonra rəhbərlik İsrail Müdafiə Qüvvələrinə (IDF) Qəzzadakı fəaliyyətini minimuma endirməyi və Zolaqda yalnız müdafiə əməliyyatları keçirməyi tapşırıb”, – radiostansiya bildirib.

ABŞ prezidenti Donald Tramp HAMAS hərəkatının sülhə hazır olduğuna əmin olduğunu bildirib və İsraili Qəzza zolağının bombardman erməyi dərhal dayandırmağa çağırıb.

Tramp bu haqda öz “Truth” hesabında yazıb.

“HAMAS-ın indicə yaydığı bəyanatı nəzərə alaraq, onlar davamlı sülhə hazırdırlar. İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək”, – Tramp bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.