İsrail Suriya ərazisindən çıxmalıdırSuriya prezidenti

İsrail Suriya ərazisindən çıxmalıdır.

APA “Sana”ya istinadən xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd əl-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, təhlükəsizliklə bağlı narahatlıqlar danışıqlar yolu ilə müzakirə oluna bilər.

“Amma əsl sual budur: İsrailin həqiqətən də təhlükəsizlik narahatlıqları, yoxsa ekspansionist ambisiyaları var? Danışıqlar bunu üzə çıxaracaq”, – Suriya lideri vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.