İsrail səfiri siyasi partiyanın ofisinə gəldi –Sədrlə görüşdü

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz və onun müavini Aviv Zell Demokratik İslahatlar Partiyasının qərargahını ziyarət ediblər.
Səfirliyin rəhbərliyi partiya sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə görüşüb.
Görüşdə Azərbaycan-İsrail münasibətləri, hər iki ölkədəki ümumi vəziyyət, regionda və dünyada gedən son proseslər, eləcə də beynəlxalq terrorizmlə mübarizə məsələləri müzakirə edilib.
Asim Mollazadə qonaqlara partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.