İsrail Tehranda raket hədəflərinə zərbələr endirib

Gecə ərzində İsrail Hərbi Hava Qüvvələri Tehranda hədəflərə bir sıra zərbələr endirib.

Azpost.info bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Ballistik raket sisteminə məxsus infrastruktur vurulub. Vurulan hədəflər arasında ballistik raketləri saxlamaq üçün istifadə etdiyi yeraltı obyekt və raket saxlama yerləri də var.

Bundan əlavə, hava qüvvələri İsrail dövləti və onun mülki əhalisi üçün real və dərhal təhlükə yaradan bir neçə uzaqmənzilli ballistik raket buraxılış məntəqəsini vurub”, – deyə bəyanatda bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.