İsrail və HƏMAS Qəzza ilə bağlı atəşkəs razılaşmasının 18 bəndindən 15-i üzrə razılığa gəliblər.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Bədr Abdel Ati ilə birgə mətbuat konfransında deyib.
“Son ay yarım ərzində böyük irəliləyiş əldə etdik. Razılaşmada 18 bənd var, 15-i razılaşdırılıb. Qalanların həllini tapmaq lazımdır. ABŞ, Misir və Qətər bunun necə ediləcəyi ilə bağlı fikirlər təklif edir. Əsas odur ki, qalan məqamlar razılaşdırılacaq. Bu, onların məzmunu ilə bağlı deyil, siyasi iradə məsələsidir”, – Blinken bildirib.
Azpost.info