“İsrail və Fələstini təcili atəşkəs və sülhə çağırırıq”- RUSİYA XİN

“Rusiya İsrail, Fələstin və ərəb ölkələri ilə təmasları davam etdirir və münaqişə tərəflərini atəşi dayandırmağa çağırır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.

“Biz dərhal atəşkəs və sülhə çağırırıq”, – XİN rəsmisi bildirib.

Boqdanov qeyd edib ki, Yaxın Şərqdə sülh prosesi beynəlxalq səviyyədə tanınmış sazişlər əsasında başlamalıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.