İsrail və HƏMAS atəşkəsin uzadılması barədə razılığa gəlib

İsrail və HƏMAS humanitar atəşkəsin növbəti dəfə uzadılması barədə razılığa gəliblər.

Bu barədə “Wall Street Journal” Misir rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail və HƏMAS atəşkəsi daha bir gün uzadacaqlar. Razılaşma HƏMAS-ın çərşənbə günü növbəti – altıncı girov qrupunu azad etməsindən sonra əldə olunub.

Ötən gün qarşılıqlı girov mübadiləsi həyata keçirilib. 6 israilli, 30 fələstinli girov azad edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.