İsrail xarici işlər naziri Türkiyəyə səfər edəcək

İsrail xarici işlər naziri Yair Lapid Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrail səfərlərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O, səfərin tezliklə baş tutacağını qeyd edərək, dəqiq tarixin hələ bəlli olmadığını vurğulayıb.

Çavuşoğlunun sözlərinə görə, Yair Lapidin səfəri zamanı Türkiyənin yenidən İsrailə səfir təyin etməsi məsələsi də müzakirə olunacaq.

APA

Əvvəlki məqalə

“Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”-

Sonrakı məqalə

“Ukraynada tezliklə atəşkəs və sülh olmalıdır” –