İsrail XİN-in binasında axtarış aparılıb

Polis işçiləri İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıblar.

Bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb. Axtarışın “Laxav-433” xüsusi təyinatlı dəstəsinin dələduzluqla mübarizə şöbəsinin müstəntiqləri tərəfindən bir neçə həftə əvvəl başlanmış gizli təhqiqat çərçivəsində aparıldığı bildirilir.

İstintaq diplomatik pasportlar almaq hüququ olmayan şəxslərə pasport verilməsi şübhəsi ilə əlaqədar aparılır. Polisdən bildiriblər ki, axtarış zamanı müxtəlif sənədlər götürülüb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.